Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 2008-ci il təvəllüdlü Muradlı Elnar Elşən oğlu atasına məxsus "Niva" markalı avtomobilini idarə edərkən idarəertməni itirdiyindən işıqlandırma dirəyinə çırpdıqdan sonra aşırıb. 

Qəzada sürücü və sərnişinlərdən 2011-ci il təvəllüdlü Əlizadə Tunar Niyaməddin oğlu xəsarət aldığından  təcili yardlm vasitəsilə rayon xəstəxanasına çatdırılıb. 

Yaralılara ilkin tibbi yardım göstərilib. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapallı kəllə beyin travması alan T. Əlizadə daha sonra ixtisaslaşmış xəstaxanalardan birinə yola salınıb.   

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev