Polşa qanunu pozan və ölkədə qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşlarını deportasiya etməyə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk öz "Facebook" səhifəsində yazıb.

Tusk 2025-ci il martın əvvəlində Gürcüstan vətəndaşları da daxil olmaqla əcnəbilərin kütləvi deportasiyasını elan edib. Deportasiya müxtəlif cinayətlər törətdiklərinə görə Polşada saxlanılan əcnəbilərə aiddir.

"Deportasiya başlayıb, biz gürcü qruplarını sözlə deyil, əməllə dağıdırıq", - deyə o, qeyd edib. 

 Gülayə Mecid