Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın Azərbaycan tərəfindən sədri maliyyə naziri təyin edilib. Buna qədər komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri idi.