Bu səhər Rusiya hava limanlarında təyyarələrin gəlişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər zamanı 83 təyyarə alternativ hava limanlarına eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya nəqliyyat nazirinin müavini Vladimir Poteşkinin sədrliyi ilə keçirilən iclasdan sonra Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
İclasda Federal Hava Nəqliyyatı Agentliyinin, aviaşirkətlərin və hava limanlarının nümayəndələri iştirak ediblər.
"Bu gün səhər saatlarında təhlükəsizliklə əlaqədar Moskva və yaxın regionların hava limanları 4 saatdan çox uçuş həyata keçirməyib. 83 təyyarə alternativ hava limanlarına eniş edib. Ekipaj və hava dispetçerləri dəyişən vəziyyətə tez reaksiya veriblər", - məlumatda deyilir.
Ağarza Elçinoğlu