Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 10:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardımlar göstərilib.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, 2 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.

Xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır.

***12:04

Xızının prokuroru yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır. 

“Unikal” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

***

11:56

Xızının prokuroru yol qəzasına düşüb.

"Unikal" xəbər verir ki, "Toyota” ilə “Niva” markalı avtomobil toqquşub.

"Toyota" markalı avtomobildə olan rayon prokuroru Xəyalə Aslanova qəza nəticəsində xəsarət alıb.

Hazırda Xəyalə Aslanova və qəzada zərərçəkən şəxslər Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir.