Gəncədə 17 yaşlı oğlan bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Əttarlar küçəsində baş verib. 2008-ci il təvəllüdlü T.Əsgərov sol sarğı nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetməyə yardım edilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, yeniyetmə "TikTok"da tanımadığı şəxslə mübahisə etdiyinə görə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov