Ədliyyəyə sövq edilən 208 şübhəlidən 172 nəfəri həbs edilərək həbsxanaya göndərilib.

"Unikal" xəbər verir ki, bu  barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. 

Bildirilir ki, həbs edilənlərdən 7-si jurnalistdir. 

***15:18

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Saraçhanedəki etirazlar zamanı saxlanılan 208 nəfər həbs tələbi ilə Ədliyyəyə sövq edilib.

"Unikal" xəbər verir ki,  bu  barədə "Sözçü" qəzeti məlumat dərc edib.  

Qeyd edək ki,  martın 19-dan başlayan etirazlarda 350-dən çox şəxs saxlanılıb.