Yevlaxda minik maşını mikroavtobusla toqquşması nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, onlar 1984-cü il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, 1990-cı il təvəllüdlü Arzu Məmmədova və 1991-ci il təvəllüdlü Çinarə Əliyevadır.

Yaralılardan durumu  daha ciddi  olan Gəncə sakini Vüsal Məmmədov cərrahi əməliyyata alınıb.

*** 11:22

Yevlaxda minik maşını mikroavtobusla toqquşub.

"Unikal" xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib. Belə ki, "Vaz 21 06" markalı avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşması nəticəsində 6 nəfər   yaralı xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, mikroavtobusda işə gedən tibb bacıları olub.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov