Kalininqrad vilayətində, Krımda, Şimali Qafqazda və Krasnodar diyarında zəlzələlər ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə rusiyalı fizika-riyaziyyat elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Yerin Fizika İnstitutunun Seysmik Təhlükə Laboratoriyasının rəhbəri Aleksey Zavyalov deyib.

O, Kalininqrad vilayətində zəlzələnin nisbətən yaxınlarda, 2000-ci illərin birinci yarısında baş verdiyini vurğulayıb. O zaman körpülər, dəmir yolları dağıdılıb.

Zavyalov əlavə edib ki, Moskvanın yerləşdiyi yer qabığı zəlzələ yaratmır və bu səbəbdən orada zəlzələlər gözlənilmir.