İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona uçub.
"Unikal" xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
İsrailin baş naziri Vaşinqtonda ABŞ prezidenti Donald Trampla “girov məsələləri, Qəzzada qələbənin başa çatması və tarif rejimini” müzakirə edəcəyini bildirib.
Netanyahunun ofisi əlavə edib ki, İsrailin baş naziri və Amerika prezidenti həmçinin “İsrail və Türkiyə arasındakı münasibətləri, İran təhlükəsini və Beynəlxalq Cinayət Məhkəməsi ilə qarşıdurmanı” müzakirə edəcəklər.
Netanyahu qeyd edib ki, o, tariflərlə bağlı Trampla şəxsən görüşən ilk dünya lideridir.