Xaçmazda arvadını başındakı yaylıqla boğaraq qətlə yetirən molla saxlanılıb.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Xaspoladoba kəndində qətl hadisəsi qeydə alınıb.
Belə ki, kəndin mollası Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır.
Asiman Qaraca