Avropa Komissiyası ABŞ-ın tariflərinə 25%-lik öz tarifləri ilə cavab vermək istəyir.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, AK cavab tədbirlərini təsvir edən məxfi sənədi təsdiq üçün Aİ üzv dövlətlərinə göndərib. İddia olunur ki, viski idxal rüsumuna məruz qalmayacaq.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp bütün idxal mallarına 10%-lik baza rüsumlarının tətbiqini elan edib. Ümumilikdə siyahıya 185 ölkə daxil edilib.

Aİ ölkələri üçün yeni rüsumların ölçüsü 20%, Çin üçün - 34%, Hindistan üçün - 26%, Cənubi Koreya üçün - 25%, Yaponiya üçün - 24%, Böyük Britaniya üçün - 10% və s. olaraq təyin edilmişdir.