Azərbaycan vətəndaşı Qəhrəmanov Xanoğlan Qaytaran oğlu Rusiyada yol qəzasında həlak olub. 

"Unikal"ın məlumatına görə, hadisə Pskov şəhərində baş verib. 1992-ci il təvəllüdlü Ucar rayon Boyat kənd sakini həmyerlisinin idarə etdiyi avtomobildə qəzaya düşərək ölüb. Maşında olan digər azərbaycanlılar ağır yaralı halda xəstəxanaya çatdırılıb. 

Q.Xanoğlanın cəsədinin 2 gün sonra Vətənə gətiriləcəyi deyilir. O, doğulduğu Boyat kəndində dəfn olunacaq. 

Ağarza Elçinoğlu