Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna ordusunun Kursk vilayətini işğalına hazırlığın təfərrüatlarını bölüşüb.

"Unikal" xəbər verir ki, onun sözlərini UNIAN agentliyi sitat gətirib. 

O bildirib ki, Rusiya regionuna hücumdan cəmi 4 nəfər məlumatlı olub. Sırski konkret kimdən danışdığını dəqiqləşdirməyib.

Kursk vilayətinin işğalından əvvəl baş komandan bütün bölmələrə baş çəkib və hər birinə əməliyyatın məqsədləri və hücum üçün məhz bu yerin seçildiyi barədə danışıb. O qeyd edib ki, bəzi komandirlər ondan bunun qanuni olub-olmadığını soruşublar.

Xatırladaq ki, ötən ilin avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə hücuma keçiblər.