Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar İdarəetmə Mərkəzinin rəhbəri Xuan Manuel Mendez məlumat yayıb.
Dominikanın səhiyyə naziri Viktor Atallah klubun damının uçması nəticəsində ölənlərin əksəriyyətinin anında dünyasını dəyişdiyini bildirib.
Dominikan Respublikasında faciə aprelin 7-də baş verib. Müğənni Rubi Peresin çıxışı zamanı “Jet Set” gecə klubunda damı uçub.