Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə dördüncü dəfə Antalyada təşkil olunan “Antalya Diplomatiya Forumu 2025” (ADF) başlayıb.

"Unikal" xəbər verir ki, 20-dən çox dövlət və hökumət başçısı, 74-dən çox nazir və yüksək səviyyəli nümayəndələr iştirak edir. 

Forum çərçivəsində keçirilən "Qəzza Əlaqə Qrupu Paneli"ndə maraqlı anlar yaşanıb. Belə ki,  Krım Tatar xalqının lideri Mustafa Əbdülcəmil Kırımoğlu  paneldə çıxış edən Türkiyə XİN rəhbəri Hakan Fidanı salamlayıb və onu qucaqlayıb. 

Onun bu hərəkəti mediada maraqla qarşılanıb.