İtaliyanın baş naziri Corca Meloni aprelin 18-də Kici hökumət sarayında ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın baş nazirinin ofisi məlumat yayıb.
Vens aprelin 20-də Vatikanda Pasxa bayramında iştirak etməyi və Papa Fransisklə görüşməyi planlaşdırır. Papa ilə görüş onun səhhətindən asılı olacaq. Belə ki, fevralın ortalarında Papa tənəffüs yoluxucu infeksiya ilə xəstəxanaya yerləşdirilmişdi və o, artıq ictimaiyyət qarşısına çıxmağa başlasa da, hələ də müalicə alır.