Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Zəka Aqil oğlu Mirzəyev təyinat alıb. O bundan əvvəl DSMF-nin İdarə Heyətinin sədr müavini olub.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin əvvəlki sədri Himalay Məmişov ötən gün maliyyə nazirinin müavini təyin olunub.