Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 28-29-da Ermənistanda rəsmi səfərdə olacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin saytında qeyd olunub. 

Səfər zamanı Kavelaşvili baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və ermənilərin katolikosu II Qareginlə görüşəcək.

Qeyd edək ki, Kavelaşvili hazırda Azərbaycanda rəsmi səfərdədir. 

Ağarza Elçinoğlu