Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, Gəncə şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin eyvanında dam örtüyünün taxta atmaları 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.