Balaşixada (Rusiyanın Moskva vilayətində yerləşən şəhər - red.) avtomobilin partlaması nəticəsində yüksək rütbəli hərbçi həlak olub. 

"Unikal" xəbər verir ki, bu  barədə "Baza Telegram" kanalı məlumat yayıb. 

Bildirilir ki, "Qolf" meydançasının yanından keçən zaman generalın "Volkswagen" markalı avtomobilinə quraşdırılmış bomba işə düşüb. Ölən 59 yaşlı Rusiya Müdafiə Nazirliyinin generalı Yaroslav Moskalikdir. O, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutub. 

Gülayə Mecid