"Bizə də bu məsələ ilə bağlı müraciətlər olurdu. Xüsusilə, sertifikasiya imtahanları, onların nəticələri barədə müsbət qərar qəbul olunmadığı halda işçinin əmək fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi açıq qalırdı. Çox zaman tibb işçilərinin haqlı narazılığına səbəb olurdu. Bunlar vacib dəyişikliklərdir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev deyib.

"Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq", - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev