Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobillərinin iştirakı ilə baş verən qəza zamanı hərəkətdə olan maşınlardan biri arxadan yol kənarında dayanan avtomobilə çırpılıb. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 1960-cı il təvəllüdlü Fərzəliyev Elsəvər Baba oğlu xəstəxanaya çatdırılıb.
Yaralı Göyçay Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov