Ağstafada yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndindən keçən hissəsində baş verib. Belə ki, Qazax istiqamətdə hərəkətdə olan "Mercedes" markalı yük maşını "İsizu" markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində "İsizu" yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb. "İsizu"nun sürücüsü yüngül xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub,faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov