Bakıda sərnişin avtobusu tüstülənib.

"Unikal" Baku.ws-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 06:36-da, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun "8 Noyabr" stansiyasının yaxınlığında qeydə alınıb. 

Hadisə şahidinin sözlərinə görə, 83 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda tüstülənmə baş verən zaman içərisində sərnişinlər olub.