Goranboyda məktəblini maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzində baş verib. Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2012-ci il təvəllüdlü A.Əliyevanı  vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov