Gəncədə yeniyetmə budundan kəsici alətdən xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan yeni qəsəbədə qeydə alınıb.
Həmin qəsəbədə yaşayan 2008-ci il təvəllüdlü Ruzi Həsənli bud nayihəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Onun hansı səbəbdən xəsarət alması məlum deyil. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov