Şabranda baş verən qəzada ölən digər şəxsin kimliyi müəyyən olunub.

"Unikal" xəbər verir ki, ölən sərnişin Zeynalzadə Dinara olub. O, həlak olan sürücü, əslən Sabirabad rayon Ulacalı kəndindən olan, 1-ci qrup Qarabağ əlili Zeynalzadə Akif Səbahət oğlunun həyat yoldaşıdır.  Dinara ikinci körpəsinə hamilə olub. Onların bir övladı da var.

*** 13:48

Şabranda baş verən qəzada ölən sürücünün kimliyi məlum olub.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisədə ölən sürücünün Bakı şəhər, Xəzər rayon sakini  2002-ci il təvəllüdlü Zeynalzadə Akif Səlahət oğlu olduğu dəqiqləşib. 

Həlak olan qadın sərnişinin isə, şəxsiyyətini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.

 Zərbənin təsirindən cəsədlər tanınmaz vəziyyətə düşüb, onlar deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

XXX

11:50

Şabranda avtomobillər toqquşub, ölənlər var

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 "AzSamand" markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində qadın və kişi cinsli 2 nəfər şəxs hadisə yerində ölüb. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca