Tovuzda FHN əməkdaşı vəfat edib.

"Unikal"ın  məlumatına görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1997-ci il təvəllüdlü Sərxan Aşırovun bu gün səhər saatlarında yaşadığı evdə səhhəti qəfildən pisləşib. Dərhal təcili yardım çağırılıb, müayinə zamanı onun dünyasını dəyişdiyi məlum olub.

İlkin ehtimala görə, S.Aşırov ürəktutmadan  ölüb. Mərhum subay olub.

Tural Əhmədov