Gəncədə qadın avtobusdan yıxılaraq xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində 5 saylı xətt üzrə işləyən mikroavtobusda qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Q.Məmmədova avtobusdan düşmək istəyən zaman yıxılıb. Xəsarət alan qadın yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, avtobus sürücüsü əyləcdən anidən istifadə edib. Bu zaman yaşlı qadın yıxılıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov