Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən "Louvre Plaza" şadlıq sarayında yanğın olub.
"Unikal" xəbər verir ki, yanğın restoranın mətbəxində başlayıb.
Əraziyə FHN qüvvələri cəlb olunub, daha sonra yanğın söndürülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2023-cü ildə sözügedən şadlıq sarayında bir sıra nöqsanlar aşkarlanıb.
Müəyyən olunub ki, şadlıq sarayında baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsullardan istifadə edilib, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq müəyyən olunub.
Ağarza Elçinoğlu