“BakuBus”a məxsus sərnişin avtobusunda insident yaşanıb. Hadisə ötən gün 17 radələrində Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin avtobus dayanacağında qeydə alnınıb. Nəqliyyat vasitəsində iki sərnişin bir-birinə hücum edib.  

“BakuBus” MMC-in mətbuat katibi Əsmər Əliyev "Unikal"a açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəmnində baş verib. 

Onun sözlərinə görə,  ata və qızı arasında baş verən davaya avtobus sürücüsü və digər sərnişinlər müdaxilə edib, onları sakitləşdirməyə çalışıblar:

"İnsidentlə bağlı aidiyyatı qurumlara məlumat verilib. Polis əməkdaşları hadisə yerinə yaxınlaşıb və məsələ yerindəcə həll olunub", - deyə o, əlavə edib. 

Gülayə Mecid