Siyəzəndə sex yanıb.

Bu barədə "Unikal"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Yenikənd kəndində ümumi sahəsi 400 m² olan sexin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.