Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Goranboy sakini həlak olub.

"Unikal"ın məlumatına görə, Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş, Rusiya vətəndaşı, 1970-ci il təvəllüdlü Səfail Babayev mayın 22-si tarixində gedən döyüşlər zamanı həlak olub.

Həlak olan S.Babayevin bu gün rayonunun Səfikürd kənd qəbirstanlığında dəfn olunması nəzərdə tutulub.