Siyəzəndə qəza baş verib, 4 nəfər xəsarət alıb
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Siyəzən rayon sakini, 39 yaşlı Samir Ələkbərovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili hərəkətdə olan zaman dəmir arakəsmələrə çırpılıb.
Nəticədə sürücü Samir Əkbərov, onun həyat yoldaşı 35 yaşlı Rəvanə, 16 yaşlı qızı Aysu və 10 yaşlı oğlu İlkin Əkbərovlar xəsarət alaraq Siyəzən rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca