Lənkəranda it kişiyə hücum edib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2002-ci il təvəllüdlü Ülvi Asif oğlu Qasımzadəyə it hücum edərək onu dişləyib.

Xəsarət alan Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sağ saidin və baldırın dişləmiş yarası diaqnozu qoyublar.

Müalicəsi xəstəxanada davam etdirilir.

Xəlil Əliyev