Mingəçevirdə piyadanı avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Aydın Məmmədov küçəsində baş verib.

"VAZ-2106" markalı maşın yolu keçən 1981-ci il təvəllüdlü Abdullayeva Elnarə Seyfəddin qızını vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov