İraq vətəndaşı Aqeel Hamad "Gate Way" şirkətindən şikayətçidir.

"Unikal" xəbər verir ki, sözügedən şəxs turist kimi Azərbaycana səfər etmək istəyir. İddia edir ki, onun işi 25 gündən çoxdur ki, gecikdirilir. 

"Mən gözəl ölkənizə turist kimi səfər etmək istəyirəm. Buna görə də viza üçün müraciət etdim. Ərizəmi rəsmi "Gate Way" şirkəti vasitəsilə 25 gün əvvəl təqdim etmişəm və təqdim etdiyimi təsdiq edən rəsmi qəbz də var. “Gate Way” ilə əlaqə saxladığımda mənə bildirdilər ki, gecikmə səfirliklə bağlıdır. Bu arada, başqa şirkətdən keçərək müraciət edən şəxslər vizalarını cəmi 5 gün ərzində alırlar", - deyə İraq vətəndaşı bildirib. 

Qeyd edək ki, "Gate Way" şirkəti Xarici İşlər Nazirliyinin vəzifəli məmurlarından birinə məxsusdur. 

Seymur Əli