İsmayıllı rayonunun Topçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil yolun təmir hissəsində dayanan çoxtonnajlı texnikaya çırpılıb. Nəticədə VAZ-ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.