Qəbələdə yaşayış evi yanıb.
"Unikal" xəbər verir ki, Qəbələ şəhəri E.Kərimov küçəsində fərdi yaşayış evində yanğın baş verib. Yanğın yerinə Qəbələ rayon YMH-nin texnikaları cəlb olunub.
Yanğın zamanı 1957-ci il təvəllüdlü Umudxanov Ələkbər Ağa oğluna məxsus 168 k/m sahəsi olan 2 mərtəbəli yaşayış ikinci mərtəbəsinin 84k/m sahəsi yanıb. Evin qalan hissəsi yanğından müfafizə olunub.
Seymur Əli