Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.   

"Unikal"ın məlumatına görə, hadisə Cəmilli kəndi istiqamətindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Mercedes-Vita" və "Priora"nın toqquşma zamanı yaralanan 1960-cı il təvəllüdlü Xəlilov Bəhman Sabir oğluna yerindəcə tibbi yardım göstərilib və o xəstəxanaya getməkdən imtina edib.

1976-cı il təvəllüdlü yaralı Qurbanov Abbas Əhməd oğlu isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov