Goranboyda iki VAZ toqquşması zamanı xəsarət alanların adları məlum olub.
"Unikal"ın məlumatına görə, xəsarət alanlar 1988-ci il təvəllüdlü E.Əliyev, 2000-ci il təvəllüdlü O.Haqverdiyev, 1984-cü il təvəllüdlü R.Xudiyev və 2005-ci il təvəllüdlü A.Nəbilidir.
***
12:43
Goranboyda qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində baş verib.
Hərəkətdə olan "VAZ-2106" ilə "VAZ-21011" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov