Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.

"Unikal" xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

Spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 85 deputat müraciət edib. MM sədri qeyd edib ki, növbədənkənar sessiya iyun ayında keçiriləcək.

Qeyd edək ki, növbədənkənar sessiya başa çatdıqdan sonra deputatlar tətildə olacaqlar.

Anar Kəlbiyev