Mingəçevirdə qonşular arasında düşən mübahisə ana və oğlunun döyülməsinə səbəb olub. 

"Unikal"ın  məlumatına görə, hadisə  şəhərin  keçmiş 5 saylı Dəmir Beton Məmulatları Zavodu ərazisində müvəqqəti olaraq  məskunlaşan keçmiş məcburi köçkünlər arasında yaşanıb. Ağdam rayon sakinləri olan 1970-ci il təvəllüdlü Cəfərova İradə Qədir qızı və 1994-cü il təvəllüdlü oğlu Cəfərov Ramal Azər oğlu qonşuda yaşayan kişi ilə mübahisə və münaqişə zəmnində döyülərək xəstəxanalıq olub. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Ehtiram Muradov