Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya keçirilib.

"Unikal" xəbər verir ki, aksiya çərçivəsində Nizami rayonunda fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Qayğı” reabilitasiya mərkəzi, Autizm Mərkəzi, eyni zamanda Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin benefisiarları ziyarət edilib.

Ziyarət zamanı rayon təşkilatının nümayəndələri və könüllülər mərkəzlərdə yaradılmış şəraitlə tanış olub, uşaqlarla görüşüb, onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər.