Gəncədə 83 yaşlı qadın oğlu tərəfindən döyülüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, şəhər sakini 1942-ci il təvəllüdlü D.Əliyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaşlı qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildilir. Məlumata görə 83 yaşlı qadın oğlu tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov