Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. iBildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Zakir Sadıqov saxlanılıb.
Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb.
Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
***08:42
Gəncədə qohumlar arasında baş verən dava qanla bitib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib. Belə ki, qəsəbədə yaşayanlar Kəlbəcər rayon sakinləri 1980-ci il təvəllüdlü Ə.Alişanov qarnının kəsilmiş deşilmiş bıçaq xəsarəti, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü A.Alişanova və övladı 2005-ci il təvəllüdlü A.Alişanov kələ beyin tranması xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Ailə üzvlərindən bıçaq xəsarəti alan Ə.Alişanovun vəziyyətinin ağır olduğu bildirilir. Ana və övladın balta xəsarəti aldığı deyilir. Hər iki şəxsin vəziyyətinin isə normal olduğu qeyd edilib.
Məlumata görə, dava qudalar arasında düşüb. Dava zaman qarşı tərəfdən də 2 nəfərin xəsarət aldığı bildirilir. Onlar da digər xəstəxanaya aparıılıb. İlkin məlumata görə, qudalar arasında dava ailə münaqişəsi zəminində baş verib, nəticədə bir neçə nəfər xəsarət alıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov