Yeni Yasamal Əsəd Əhmədov küçəsi 27 f ünvanında sakinlər 10 ildir ki, tikilən, təhvil verilən binadakı mənzillərə çıxarış ala bilmirlər.

"Unikal" "Xəzərxəbər"ə istinadən məlumat verir ki, 14 mərtəbəli binada 200-dək mənzil yerləşir. Bütün mənzil sahibləri də eyni vəziyyətdən əziyyət çəkirlər.

Binanı tikən "ANT" tikinti şirkətindən bildirildi ki, binaya çıxarış verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin rəyini gözləyirlər. Lakin proses yubanır.

Yasamal rayon İcra Hakimiyyətindən isə bildirildi ki, FHN-in müvafiq rəyinin əsasında sakinlər çıxarış ala biləcəklər.