İyunun 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulması, onları narahat edən şəxsi və ümumi məsələlərin həllinə köməklik göstərilməsindən ötrü növbəti səyyar görüş-qəbulunu Bəliton kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Birbaşa və açıq dialoq mühitində baş tutan görüşdə Taleh Qaraşov bildirib ki, vətəndaşların müraciətlərinə baxılması, sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi demoktarik dəyərlərin, habelə vətəndaş cəmiyyətinin tərəqqisi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. İcra başçısı dövlət başçısının bu yöndəki xüsusi tövsiyə və tapşırıqlarının da insanların yerlərdəki qayğı və problemlərinin dinlənilməsinə və həlli istiqamətində qanunamüvafiq addımların atılmasına hesablandığını vurğulayıb. Taleh Qaraşov görüş-qəbulda yerli sakinlər tərəfindən səsləndirilən bütün məsələlərin şəxsən nəzarətində olduğunu və onların həlli ilə bağlı qanunamüvafiq müddətdə və qaydada onlara cavab veriləcəyini qeyd edib.
Ucqar dağ kəndinin sakinlərisəmimi və açıq dialoq mühitində keçən görüş-qəbuldaт məmnun qalıblar. Gündəlik həyatlarında həlli mümkün olmayan iqtisadi və sosial problemlərlə qarşılaşmadıqlarını, qaldırdıqları məsələlərə operativ və nəticəyə yönəlik addımlar atıldığını ifadə ediblər. Bütün bunlara görə dövlət başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.