Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
20:47
Şəmkirdə iki nəfər su kanalında batıb
"Unikal"ın məlumatına görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində baş verib.
İlkin məlumata görə, batan şəxslərdən biri qadın, digəri kişidir. Əraziyə adiyyatı qurumların əməkdaşları cəlb olunub.Onların meyitlərinin tapılması istiqamətində axtarışlar davam edir.
Məlumata görə, hər iki şəxs su kanalında çimən zaman batıblar.
Tural Əhmədov